Telefon
AZ EN RU

Gömrük təmsilçilərinin nəzərinə!

Birbaşa gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirmək istəyən şəxslər yalnız Xarici Ticarət İştirakçısının şəxsi kabineti vasitəsilə, qanunvericiliklə müəyyən edilmiş sənədləri Dövlət Gömrük Komitəsinə təqdim etməklə qeydiyyatdan keçmək üçün müraciət etməlidirlər.

Dolayı gömrük təmsilçiliyini fəaliyyətini həyata keçirmək istəyən hüquqi şəxslər və onların ştatında olan əməkdaşlar gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün ixtisas attestatına malik olmalıdırlar. Bununla bağlı imtahanda iştirak etmək üçün müəyyən edilmiş qaydada qeydiyyatdan keçmələri tələb olunur.

Gömrük təmsilçiliyi Azərbaycan Respublikası Gömrük Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük Təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydalar"ı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydalar"ına əsasən tənzimlənir.

Aşağıda qeyd olunan qeydiyyat formalarını doldurmadan öncə "Gömrük təmsilçiliyi üçün qeydiyyatı üçün müraciət qaydalar"ı ilə tanış olmağınız məqsədəmüvafiq hesab edilir.