Gömrük Brokeri Nədir?
Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Dolayı gömrük təmsilçiliyi təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün fəaliyyət göstərir. Gömrük brokeri öz fəaliyyətini Gömrük Məcəlləsinə və Azərbaycan Respunlikasının Nazirlər Kabinetinin 23 yanvar 2014-cü il 17 №-li qərarına uyğun olaraq həyata keçirir. Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin sahibi ilə bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir.
Gömrük Bəyannaməsinin Tərtibi Zamanı Lazım Olan Sənədlər
Broker xidmətlərinin göstərilməsinə dair birdəfəlik müqavilə
Broker xidmətlərinin göstərilməsinə dair etibarnamə (fiziki şəxslər notarial qaydada təsdiq olunmuş)
Nəqliyyat sənədi (CMR, Aviaqaimə, TIR Carnet, və s...)
Malların dəyərini təsdiq edən sənəd (invoys (hesab-faktura), proforma-invoys (hesab- proforma))
Malın mənşəyini təsdiq edən sertifikat (CT-1 və s.)
Xarici iqtisadi sövdələşmənin həyata keçirilməsi zamanı bağlanan müqavilə (kontrakt, saziş və s.)
Malın çəkisi barədə sənəd (packing list)
İdxal - İxrac zamanı icazəsi tələb olunan malların müvafiq dövlət orqanlarından icazə sənədləri (icazə, rəy, sertifikat....)
İdxal zamanı yük göndərən ölkə tərəfindən malların ixrac bəyannaməsinin surəti (ixrac GB)
Nümunə Sənədlər
Gömrük Bəyannaməsi - əsas vərəq
Gömrük Bəyannaməsi - əlavə vərəq
Faydalı Linklər
Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının qanunu
XİFMN, gömrük rüsumlarının dərəcələri
Əlavə dəyər vergisinin hesablanması qaydası
Gömrük yığımlarının məbləğləri
Raritet (nadir) avtonəqliyyat vasitələrinin gomrük rəsmiləşdirilməsi qaydaları
Yüngül minik nəqliyyat vasitələri ilə bağlı standartlar ( Avro-4 )