Telefon
AZ EN RU

Əlavə olaraq nəzərinizə çatdırmaq istərdik ki, birbaşa gömrük təmsilçisi kimi qeydiyyatdan keçməyən, həmçinin dolayı gömrük təmsilçisi kimi fəaliyyət göstərməsi üçün ixtisas attestatına malik olmayan şəxslərin gömrük rəsmiləşdirilməsi ilə bağlı elektron gömrük xidmətlərindən istifadə hüququ 16 mart 2020-ci il tarixindən etibarən dayandırılacaqdır.

 

Qeyd etmək istərdik ki, ixtisas attestatına malik olan gömrük təmsilçiləri gömrük bəyannaməsini tərtib edərkən Dövlət Gömrük Komitəsinin "Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiq edilməsi haqqında" 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə 12 dekabr 2019-cu il tarixli 1000/353 nömrəli Sərəncamının tələblərini rəhbər tutmalıdırlar.